Bedri Meriç: "Türkiyədəki turnirdə basketbolçularımızın zəif və güclü tərəflərini öyrəndik"
Far.Az xəbər saytı

Bedri Meriç: "Türkiyədəki turnirdə basketbolçularımızın zəif və güclü tərəflərini öyrəndik"


Azərbaycanın yeniyetmə basketbolçuları Türkiyədə keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" turnirində zəif və güclü tərəflərini müəyyənləşdiriblər.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycanın basketbol üzrə U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandalarının koordinatoru və baş məşqçisi Bedri Meriç deyib.

O, U-14 və U-16 yığmalarının Yalova şəhərindəki turnirdə uğurlu çıxışından danışıb:

"Bu yarışda həm U-14, həm də U-16 komandalarımız finala çıxdılar. Hər iki kollektivi finala yüksəldiklərinə görə təbrik edirik. Bu turnirə qatılmağımızın səbəbləri oyunlarda qalib gəlmək yox, çatışmayan cəhətlərimizi müəyyənləşdirmək idi. Çatışmayan məsələləri və nəyi inkişaf etdirməli olduğumuzu öyrəndik. U-16 komandasını qarşıda Avorpa çempionatının seçmə mərhələsi gözləyir. Bu turnir bir növ də orada mübairzə apara bilmək üçün hazırlıq xarakteri daşıyırdı".

Türkiyəli mütəxəssis U-14 komandasında potensiallı oyunçuların olduğunu bildirib:

"Yalovadakı yarışda U-14 komandamıza baxış keçirdik. Uşaqların gələcəkdə yaxşı basketbolçu kimi yetişməsi üçün çalışırıq. Yeniyetmə oyunçuların zəif və güclü tərəflərini öyrənmiş olduq. Planlarımızı buna uyğun quracağıq. Bu turnir bizim üçün çox faydalı oldu".

Qeyd edək ki, U-14 və U-16 yığmaları "EVOQ Challenge Cup Pre Season Yalova" turnirini gümüş medalla başa vurublar.

Oxşar xəbərlər

Azərbaycanın U-16 basketbol millisi Yalovada beynəlxalq turnirdə iştirak edir
Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
"Report" komandası 3x3 basketbol turnirində ikinci yeri tutub
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər