Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib.
"Far.Az" xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.
"Ukraynanın "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" Qanununun 11-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq qərara alıram: Kravçenko Ruslan Andreyeviç Baş prokuror vəzifəsindən azad edilsin", - məlumatda bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya baş prokuror Ruslan Kravçenkonun istefasını dəstəkləməyi təklif edib.
"Far.Az" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.
"Bu Baş prokurorun (Ruslan Kravçenkonun - red.) yalnız bir yolu var - vəzifədən azad olunmaq. Mən ona məhz bunu dedim. Ukrayna bütün səbəbləri görüb. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy elə belə də adlandırsın. Parlamentarilərdən bu azadedilməni dəstəkləmələrini xahiş edirəm", - o qeyd edib.
"Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya sosial şəbəkələrdə bildirib ki, Ruslan Kravçenkonun istefası məsələsi üzrə səsvermə sentyabrın 15-də Ali Radanın plenar iclasında keçiriləcək.
R.Kravçenko isə öz növbəsində xarici ezamiyyətdə olduğunu bildirib.
Baş Prokurorun Ofisindən bu gün bildirilib ki, Ruslan Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonosun ünvanına şübhə barədə bildiriş imzalayıb.
"Mən Ukrayna Milli Antikorrupsiya Bürosu direktoru Semyon Krivonos barədə şübhə bildirişini imzaladım. Mən ondan xüsusilə külli miqdarda qanunsuz mənfəət əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırmaqda və məhkəmədə məsuliyyətdən yayınmaq üçün süni əsaslar yaratmaq məqsədilə saxta övladlığa götürmədə şübhələnirəm", – R.Kravçenko yazıb.
Bundan əlavə, onun sözlərinə görə, imzaladığı ikinci şübhə bildirişi İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenkonun yaxın ətrafından olan bir şəxs barəsindədir. Həmin şəxsi Ukrayna Ali Antikorrupsiya Məhkəməsi hakimlərinə təsir göstərməkdə, onlara qanunsuz mənfəət təklif etməkdə və səfərbərlikdən yayınmağa kömək etməkdə günahlandırır.
Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun bəyanatlarında qeyd edilib ki, R.Kravçenkonun Semyon Krivonos və Aleksandr Klimenko barəsində şübhə bildirişi imzalamasına dair açıqlamasını müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumun davamı kimi qiymətləndirirlər.
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz tərəfindən bəyan edib ki, Ruslan Kravçenko Milli Antikorrupsiya Bürosunun direktorunun ünvanına olan şübhə bildirişini xaricə qaçmaq imkanı müqabilində imzalayıb.
"Kravçenko xaricə qaçmaq imkanı müqabilində Semyon Krivonosun ünvanına şübhə bildirişi imzalayıb. Ruslan Kravçenko xaricə getməzdən əvvəl Milli Antikorrupsiya Bürosu direktoru və Aleksandr Klimenko ya yaxın olan şəxs tərəfindən guya törədilmiş cinayətlər barədə video çəkib. Məlumata görə, Kravçenko bu gecə xaricə gedib", – Mərkəzin məlumatında bildirilib.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













