Xilasedicilər Kabardin-Balkarda 17 alpinistin meyitini tapıblar
Kabardin-Balkar Respublikasının Bezengi dərəsində qar uçqunu düşən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsindən bildirilib.
"Mürəkkəb axtarış-xilasetmə işlərinin yeddinci günündə Mijirgi buzlağında qar uçqunu altından bütün 17 nəfərin meyiti tapılaraq çıxarılıb. Meyitlər Nalçik şəhərinə çatdırılıb", - məlumatda deyilir.
Qeyd olunub ki, axtarış işlərinə müxtəlif regional qruplardan 71 xilasedici, həmçinin "Bezengi" alpinist düşərgəsinin təlimatçıları, könüllülər, həkimlər, yanğınsöndürənlər, aviasiya və "Rosqvardiya" cəlb edilib.
Daha əvvəl 16 nəfərin həlak olduğu bildirilirdi.
Xatırladaq ki, sentyabrın 6-da Kabardin-Balkarın Bezengi dərəsində Mijirgi dağından marşrut üzrə hərəkət edən 33 alpinistdən ibarət qrupun üzərinə uçqun düşüb. Onlardan altısı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, daha 10 nəfər isə müstəqil şəkildə aşağı enib. Qalanları həlak olub.
Hadisə ilə əlaqədar Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən səhlənkarlıqla bağlı cinayət işi araşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 16-ya çatıb
Goranboyda yaşayış binasında uçqun olub, 4 nəfər xəsarət alıb
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Kabardin-Balkarda həlak olan alpinistlərin sayı 14-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













