Güləş üzrə milli komandaların fizioterapevtləri ilə görüş keçirilib
Güləş üzrə milli komandalara cəlb edilmiş fizioterapevtlərin iştirakı ilə növbəti görüş keçirilib.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.
Praktiki seminar formatında təşkil olunan tədbirdə İdman Tibbi və Reabilitasiya Mərkəzi üçün alınmış müasir avadanlıqlar təqdim edilib, onların təyinatı, istifadə qaydaları və tətbiq imkanları barədə ətraflı məlumat verilib. Fizioterapevtlər bu cihazlarla yaxından tanış olub, onların təcrübədə işlədilməsi ilə bağlı bilik və bacarıqlarını təkmilləşdiriblər.
Qeyd edək ki, AGF və Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi proqram milli komandaların tibbi-reabilitasiya təminatının gücləndirilməsinə, idman fizioterapiyası sahəsində mütəxəssislərin hazırlanmasına və idmançıların sağlamlığının qorunmasına xidmət edir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













