Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlar çərçivəsində 1 613 şübhəli şəxs saxlanılıb.
"Far.Az" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.
Nazirin sözlərinə görə, ölkə üzrə 78 Baş Prokurorluğun koordinasiyası ilə 151 əməliyyat keçirilib: "Hazırda 1 613 şübhəli saxlanılıb, 618 şübhəlinin tutulması barədə qərar verilib".
Axtarışlar çərçivəsində 199 odlu silah, 9 039 patron və mərmi, 2 əl qumbarası, 10 520 sintetik narkotik vasitə və narkotik həb, eləcə də təxminən 37,25 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı 26,9 milyard türk lirəsi (təxminən 940,53 milyon manat) həcmində maliyyə dövriyyəsi müəyyən edilib.
Bununla yanaşı, 408 bank hesabı, 35 daşınmaz əmlak, 31 nəqliyyat vasitəsi və 10 şirkət müsadirə olunub.
Nazir qeyd edib ki, əməliyyatlardan yayınan şübhəlilərin saxlanılması və digər araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
Beş tondan artıq narkotik vasitə məhv edilib
Milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransda media nümayəndələri mükafatlandırılıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
-
Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb













