Serbiyanın Atəşkəs Günündə altı topdan on yaylım atəşi açılıb
Belqradda Birinci Dünya müharibəsinin başa çatmasının ildönümü – 11 Noyabr Atəşkəs Günü (Sülh Günü-red.) münasibətilə hərbi mərasim keçirilib və toplar vasitəsilə yaylım atəşi açılıb.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Silahlı Qüvvələrinin Mühafizə Briqadası çərşənbə axşamı Kalemeqdan qalasında yerləşdirilmiş altı topdan 10 yaylım atəşi açıb.
Serbiya Müdafiə Nazirliyinin məlumatına görə, toplar Prezident səlahiyyətlərini icra edən Ana Brnabiçin sərəncamı əsasında qalanın Sava terrasına yerləşdirilib.
Mərasimdə yüksək rütbəli hərbçilər iştirak ediblər. Tədbir çərçivəsində Mühafizə Briqadasının orkestri Serbiyanın himnini ifa edib, dövlət bayrağı qaldırılıb.
Qeyd edək ki, Serbiyada 2012-ci ildən etibarən hər il noyabrın 11-i dövlət bayramı – Atəşkəs Günü (Dan primirja) kimi qeyd olunur. Bu tarix 1918-ci il noyabrın 11-də Almaniya ilə Antanta dövlətləri arasında barışıq sazişinin imzalanması və Birinci Dünya müharibəsinin başa çatması ilə əlaqədardır. Noyabrın 11-i ölkədə qeyri-iş günüdür.
Oxşar xəbərlər
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













