Nehrəmdə yeni məktəb istifadəyə verilib
Babək rayonunun Nehrəm qəsəbəsində 15 sentyabr – Bilik Günündə yeni tam orta məktəb istifadəyə verilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, 3 saylı 522 şagird yerlik, üçmərtəbəli məktəbdə 30 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Hazırda məktəbdə 508 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur.
Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi yaradılıb. Həmçinin içməli su təminatı və yanğın təhlükəsizliyi məqsədilə su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













