ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü qeyd edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru Zəfər Qurbanov ADAU-da təhsilin keyfiyyətinin yüksəldilməsinin tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi, onların elmi və peşəkar inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirdəki çıxışında 15 Sentyabr – Bilik Günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Nazir Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi diqqət və qayğını qeyd edərək, kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunması, regionların inkişafı və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
O, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, elmi tədqiqat və innovasiyaların gücləndirilməsi istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Nazir müasir aqrar sektorun texnologiya, süni intellekt, rəqəmsal idarəetmə, biotexnologiya və innovasiyalarla sıx bağlı olduğunu vurğulayıb. Gənclərin bu sahədə mühüm rol oynadığını qeyd edən M.Məmmədov tələbələri bilik və bacarıqlarını inkişaf etdirməyə, yeni ideyalar irəli sürməyə, dünya təcrübəsini öyrənərək Azərbaycanın aqrar inkişafına töhfə verməyə çağırıb.
Tədbirin sonunda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
Daha sonra M.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ADAU ilə tərəfdaşlığı çərçivəsində universitetin tərkibində yaradılmış Azərbaycan İnnovasiya Mərkəzinin, eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurularaq müasir texniki avadanlıqlarla təchiz edilmiş ADAU TV-nin studiyasının fəaliyyəti ilə tanış olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













