Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir"
"Azərbaycan cəmiyyəti tarixən dini və mədəni müxtəlifliyə hörmət ənənələri ilə seçilib".
Far.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında ilahiyyatçı-alim Samid Quliyev deyib.
O bildirib ki, ölkəmiz həm öz dini-mədəni irsinin qorunması, həm də dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində mövqeyini davam etdirməlidir:
"İslamofobiyanı yalnız ayrı-ayrı şəxslərin dini dözümsüzlüyü kimi qiymətləndirmək düzgün olmaz. Müasir dövrdə İslam və müsəlmanlarla bağlı mənfi stereotiplərin formalaşdırılması, dini dəyərlərin yanlış təqdim olunması və bəzi hallarda İslamın terror, ekstremizmlə əlaqələndirilməsi ciddi narahatlıq doğuran məsələlərdəndir. Təbii ki, terror və ekstremizm hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq qəbuledilməzdir. Lakin ayrı-ayrı radikal qrupların fəaliyyətinə görə bütövlükdə İslam dininin və müsəlmanların məsul tutulması da obyektiv yanaşma deyil. İslamın mahiyyəti sülh, ədalət, mərhəmət və insan ləyaqətinə hörmət kimi fundamental dəyərlərlə bağlıdır. Müqəddəs kitabların, xüsusilə Qurani-Kərimin yandırılması və ya təhqir olunması kimi hallar da ciddi narahatlıq doğurur. İfadə azadlığı mühüm hüquqdur, lakin bu hüquq dini nifrəti və qarşıdurmanı təşviq edən hərəkətlərə bəraət qazandırmamalıdır. Fərqli dini və dünyagörüşünə malik insanların birgəyaşayışının əsas şərtlərindən biri qarşılıqlı hörmətdir".
S.Quliyev əlavə edib ki, abidələrin qorunması cəmiyyətin və dövlətlərin məsuliyyət məsələsidir:
"Məscidlər, ziyarətgahlar, imamzadələr və digər dini-mədəni abidələr həm də tarixi yaddaşın mühüm hissəsidir. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində dini və mədəni irsə qarşı dağıdıcı münasibətin şahidi oluruq. Bəzi hallarda belə hadisələrə beynəlxalq reaksiyanın kifayət qədər prinsipial və ardıcıl olmaması da müşahidə edilir. Məncə, dini və mədəni irsin qorunmasına münasibət siyasi və coğrafi yanaşmalardan asılı olmamalıdır. Hər hansı dini abidənin dağıdılması harada baş verməsindən asılı olmayaraq pislənməlidir. Bu istiqamətdə, ilk növbədə tarixi və dini abidələrimizlə bağlı məlumatların elmi əsaslarla toplanması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması vacibdir. Beynəlxalq platformalarda isə məsələlərə emosional yanaşmadan, konkret faktlar, tarixi sənədlər və elmi araşdırmalar əsasında münasibət bildirilməlidir. Digər mühüm məsələ maarifləndirmədir. Öz dini və mədəni irsini tanıyan cəmiyyət onun qorunmasına daha məsuliyyətli yanaşır. Xüsusilə gənclər arasında dini-mədəni irsin təbliği və tarixi abidələrə münasibətdə məsuliyyət hissinin gücləndirilməsi əhəmiyyətlidir".
İlahiyyatçı vurğulayıb ki, islamofobiyaya qarşı mübarizədə ən düzgün yol elmə, hüquqa, dialoqa və qarşılıqlı hörmətə əsaslanan mövqe nümayiş etdirməkdir:
"Biz öz dini dəyərlərimizi və tarixi irsimizi qorumalı, eyni zamanda digər dinlərin və xalqların müqəddəs dəyərlərinə hörmət prinsipini də müdafiə etməliyik. Bu, həm milli, həm də ümumbəşəri məsuliyyətdir. Bu baxımdan Azərbaycanın dövlət siyasətində dini-mədəni irsin qorunmasına, multikultural dəyərlərin və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət çərçivəsində Azərbaycanın tarixi-dini irsinin qorunması, məscid və ziyarətgahların bərpası, eləcə də ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm işlər görülür. Azərbaycanın müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkə kimi beynəlxalq müstəvidə təqdim olunması da bu siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma həm milli-mənəvi dəyərlərimizin qorunmasına, həm də dünyada dini dözümlülük və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsinə xidmət edir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub













