Fransa polisləri iş şəraitinə görə etiraz edirlər
Far.Az xəbər saytı

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər


Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb.

"Report"un "Le Monde" qəzetinə istinadən verdiyi məlumata görə, Yelisey çöllərində başlayan və Milli Assambleya binasına qədər davam edən nümayişin təşəbbüskarları "Alliance" və "Unite SGP Police-FO" həmkarlar ittifaqları olub.

"Tələblər sadədir: bu gün bizə daim deyirlər ki, polisləri qiymətləndirirlər və onlara hörmət edirlər, lakin maaşların artırılması baxımından heç nə baş vermir", - deyə "Alliance"nin baş katibi Fabyen Vanhemelrik bildirib.

O qeyd edib ki, polislərin işi getdikcə daha təhlükəli olur, lakin riskə görə əlavə ödəniş 2019-cu ildən bəri artırılmayıb. Onun sözlərinə görə, həmkarlar ittifaqının nümayəndələri həmçinin Fransanın daxili işlər naziri ilə görüş tələb edirlər.

Həmkarlar ittifaqları əməkdaşların sayının artırılmasını, onların lazımi avadanlıqlarla təmin edilməsini, təhlükəsizliyin yüksəldilməsini və əlavə vəsaitin ayrılmasını istəyirlər.

Növbəti aksiya polislərin 30 iyundakı etirazlarının davamı olub. Sentyabrın 4-də həmkarlar ittifaqlarının nümayəndələri daxili işlər naziri Loran Nuneslə büdcə məsələlərinə həsr olunmuş görüşün nəticələrindən narazı qaldıqlarını bildiriblər.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər