NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Far.Az xəbər saytı

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı


Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb.

"Hesab edirəm ki, zərurət yaranmazdan əvvəl, hazırkı dövrdə bu dayanıqlılığı gücləndirmək çox vacibdir. Bununla belə, bir daha vurğulayıram ki, münaqişəni qaçılmaz hesab etmirəm. Biz sadəcə olaraq buna hazır olduğumuza əmin olmalıyıq", - deyə NATO-nun baş komandanı qeyd edib.

Qrinkeviçin sözlərinə görə, hərbi-siyasi blokun potensialının artırılması ABŞ Prezidenti Donald Trampın "güc yolu ilə sülh" prinsipinin praktikada tətbiqidir.

O əlavə edib ki, ehtimal olunan müharibəyə hazırlıq prosesi əslində toqquşmadan yayınmağın ən yaxşı yoludur.

General həmçinin bildirib ki, müttəfiqlər alyans institutlarının daha da möhkəmləndirilməsi üçün Latviya və NATO-nun şərq cinahında yerləşən digər dövlətlərin təcrübəsindən dərs çıxara bilərlər.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər