UNESCO rəsmisi: Qadınlar qərarvermə prosesindən kənarda qalır
Far.Az xəbər saytı

UNESCO rəsmisi: Qadınlar qərarvermə prosesindən kənarda qalır


Qadınlar qərarvermə prosesindən kənarda qalır.

"Far.Az"un məlumatına görə, bunu UNESCO Baş direktorunun müavini Asa Regner Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında səsləndirib. Sessiya "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda keçirilib.

Onun sözlərinə görə, qadınların qarşılaşdığı şərtlər əksər hallarda kişilərlə müqayisədə bərabər səviyyədə deyil:

"Bu vəziyyət də cəmiyyətlərdəki mövcud yanaşmalar və şəraitlə bağlıdır. Nəticə etibarilə qadınlar qərar qəbuletmə prosesindən uzaqlaşdırılır. Bizim hədəflərimizdən biri də bu problemin qarşısını almaq olmalıdır. Hamıya məlumdur ki, mədəniyyət sahəsi bütün genişliyi ilə çox vaxt qadınların və onların zəhməti hesabına irəli aparılır. Bir çox dövlətdə müəllimlərin, kitabxanaçıların, jurnalistlərin böyük hissəsini qadınlar təşkil edir, onlar turizm sahəsində fəaliyyət göstərir, eyni zamanda bu gün alimlər və hamımızın etibar etdiyi araşdırmaların tərəfdaşlarıdırlar".

Direktor müavini həmçinin vurğulayıb ki, UNESCO və Beynəlxalq Jurnalistlər Mərkəzinin birgə apardığı araşdırma nəticəsində tədqiqatda iştirak edən qadın jurnalistlərin dörddə üçünün onlayn zorakılıqla qarşılaşdığı məlum olub:

"Bu onu göstərir ki, onların yarısından çoxu sözügedən zorakılığa məruz qalıb. Bunun nəticəsi olaraq qadınların 45 %-i sosial şəbəkələrdə özlərinə müəyyən məhdudiyyətlər qoyublar".

O, sonda Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və Mədəniyyət Nazirliyinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər