Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar


Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.

"Far.Az" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.

Aprelin 8–12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.

Sentyabrın 11–13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov IV Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.

Oxşar xəbərlər

Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər