Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış ediblər
Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış ediblər.
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Türkiyənin Antalya şəhərində idman gimnastikası üzrə Dünya Kubokunda Nikita Simonov halqalar üzrə finalda 14.100 xal toplayaraq bürünc medal qazanıb.
Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gimnastlarımız batut və ikili minibatut proqramlarında iştirak ediblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən sinxron proqramda Hüseyn Abbasov - Maqsud Maqsudov kişi cütlüyü, həmçinin Selcan Mahsudova - Maqsud Maqsudov qarışıq sinxron cütlüyü finala yüksəliblər.
Həlledici mərhələdə yüksək nəticə göstərən Hüseyn Abbasov - Maqsud Maqsudov dueti 51.060 xalla bürünc medal, Selcan Mahsudova - Maqsud Maqsudov dueti isə 51.090 xalla gümüş medal əldə ediblər.
Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə "Dutch Trampoline Open" beynəlxalq turnirində də gimnastlarımız uğurlu nəticələr əldə ediblər.
Fərdi proqramda Selcan Mahsudova 56.580 xalla, Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıblar. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala yiyələnib.
Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı və Muhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.
Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.
Oxşar xəbərlər
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













