Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir - RƏY
Azərbaycanın bugünkü geosiyasi mövqeyinə yalnız xəritə üzərindən baxmaq kifayət deyil. Çünki Azərbaycan eyni vaxtda üç böyük siyasi və iqtisadi məkanın - Türk dünyasının, Qafqazın və İslam dünyasının daxilində yerləşir.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin 15 sentyabrda TDT-nin Baş katibini, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Deputat bunu şərti olaraq "Üç dairə strategiyası" adlandırdığını deyib.
Tahir Mirkişili ikinci dairənin Qafqaz olduğunu deyərək bildirib ki, burada əsas məsələ regionun münaqişə coğrafiyasından əməkdaşlıq və kommunikasiya coğrafiyasına çevrilməsidir.
"Azərbaycan üçün məqsəd sadəcə tranzit ölkəsi olmaq deyil, regionda logistika, enerji, istehsal və ticarət axınlarının idarə olunduğu iqtisadi qovşağa çevrilməkdir.
Üçüncü dairə isə İslam dünyasıdır. Bu məkan böyük enerji ehtiyatlarını, sürətlə inkişaf edən bazarları və nəhəng investisiya kapitalını birləşdirir. Azərbaycanın dünyəvi dövlət modeli, Türk dünyası ilə yaxınlığı və Avropa ilə iqtisadi əlaqələri ona bu məkanlar arasında xüsusi əlaqələndirici rol verir".
Milli Məclisin üzvünün sözlərinə görə, əsas məsələ bu üç istiqaməti bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan strateji imkanlar kimi görməkdir.
"Azərbaycan Prezidentinin yürütdüyü qlobal stratji siyasət bu imkanların reallaşmasına hədəflənib. Azərbaycanın gələcək uğuru yalnız ölkəmizdən nə qədər yükün və enerjinin keçməsi ilə ölçülmür. Daha mühüm hədəf bu axınların yaratdığı əlavə dəyərin böyüh hissəsinin Azərbaycanda saxlamaqdır.
Bunun üçün tranzit iqtisadiyyatından qovşaq iqtisadiyyatına keçid hədəflənir. Logistika, maliyyə, sığorta, rəqəmsal gömrük, data infrastrukturu, sənaye və yüksək əlavə dəyər yaradan xidmətlər bu strategiyanın iqtisadi əsasını təşkil edəcəkdir".
O qeyd edib ki, müasir dünyada dövlətlərin gücü artıq yalnız ərazi, əhali, ordu və ÜDM-lə ölçülmür.
"Getdikcə daha mühüm amil dövlətin beynəlxalq şəbəkələrdə tutduğu mövqedir və bundan əldə etdiyi faydalardır. Azərbaycan üçün əsas strateji üstünlük də məhz budur. Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası isə daha geniş iqtisadi və siyasi imkanlar verir. Bu üç dairənin kəsişməsində yerləşən Azərbaycanın məqsədi sadəcə regionun böyük dövlətlərindən biri olmaq deyil. Daha mühüm məqsəd regionun ən çox ehtiyac duyulan, ən çox əlaqələndirən və əvəz olunması ən çətin dövlətlərindən birinə çevrilməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu yolda uğurla irəliləyir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













