Putin və Tramp Çindəki danışıqların yekunlarına dair bəyanatla çıxış etməyiblər - Yenilənib
Far.Az xəbər saytı

Putin və Tramp Çindəki danışıqların yekunlarına dair bəyanatla çıxış etməyiblər - Yenilənib


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində görüşü başa çatıb, bir saata yaxın davam edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onlar ikitərəfli danışıqların yekunları üzrə mətbuat üçün birgə bəyanatlarla çıxış etməyiblər.

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşdən əvvəl Putinlə məhsuldar danışıqlara ümid etdiyini bildirib.

Danışıqlar başlamazdan əvvəl liderlər əl sıxışıblar. Tramp Rusiya Prezidenti ilə əla münasibətlərinin formalaşdığını qeyd edib.

"Biz bir-birimizi artıq uzun illərdir, tanıyırıq. Düşünürəm ki, bu görüşün yekunlarına əsasən bir çox müsbət nəticələrə nail olmaq mümkündür", - deyə ABŞ lideri bildirib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər