TDT daxilində Rəqəmsal Ticarət Dəhlizi Konsepsiyasının hazırlanması təklif edilir
Özbəkistan Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri üçün Rəqəmsal Ticarət Dəhlizi Konsepsiyasının hazırlanmasını təklif edir.
"Far.Az" xəbər verir ki, bunu Özbəkistanın Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitutun İqtisadi Tədqiqatlar şöbəsinin müdiri Azamat Toşev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, Özbəkistan texnoloji və rəqəmsal əməkdaşlığın inkişafı üzrə bir sıra təkliflər hazırlayıb: "Birincisi, TDT çərçivəsində texnoloji və rəqəmsal inkişaf, o cümlədən süni intellekt sahəsində Strateji Əməkdaşlıq Şəbəkəsinin formalaşdırılmalıdır. Bu məsələ prioritet istiqamət olaraq qalır. Xüsusilə süni intellekt, rəqəmsal dövlət xidmətləri, fintex, kibertəhlükəsizlik və logistika sahələrində tərəfdaşlıq praktiki qarşılıqlı əlaqələrin yeni istiqamətlərini aça bilər".
Şöbə müdiri qeyd edib ki, qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək məqsədilə Özbəkistanın təşəbbüsü ilə 22–25 sentyabrda TDT Texnologiya Forumu keçiriləcək: "Forum transsərhəd innovasiyaların inkişafına, ümumi rəqəmsal infrastrukturun formalaşdırılmasına, habelə TDT-yə üzv ölkələrin startap-ekosistemlərinin vahid regional bazarda birləşdirilməsi yollarının axtarışına yönələcək".
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol













