Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.
Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.
*** 16:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Vətən müharibəsinin başlamasından 4 il ötür
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub













