Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub
Far.Az xəbər saytı

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub


Seneqalda keçirilən IV Yeniyetmələrin Olimpiya Oyunlarında Gürcüstanın yığmasının heyətində çıxış edən Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı idmançı 55 kiloqram çəki dərəcəsində final görüşündə avstraliyalı Marli Doddi 5:0 hesabı ilə məğlub edərək çempion olub.

Emil İsmayılov turnirdə ilk görüşündə Dominikan Respublikasından olan Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.

O, yarımfinalda kanadalı Lisandro Qarsia Rebelo əlindən aldığı zədə səbəbindən görüşə çıxa bilmədiyi üçün birbaşa finala yüksəlib.

Bu, Gürcüstanın IV Yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal olub.

Onun qələbəsi Gürcüstan yığmasının heyətində yarışan və Gürcüstanda yaşayan azərbaycanlı idmançının beynəlxalq arenada böyük uğuru kimi diqqət çəkib.

Emil Elçin oğlu İsmayılov soydaşlarımızın kompakt yaşadığı Qardabani bələdiyyəsinin Tbiltsqaro qəsəbəsindəndir.

Qeyd edək ki, Gürcüstanın yeniyetmələrin Olimpiya oyunlarında əvvəlki qızıl medalını 2018-ci ildə Buenos-Ayresdə yunan-Roma güləşi üzrə Giorgi Çxikvadze qazanıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər