Leyla Həsənova COP29 iştirakçılarına: Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün
Far.Az xəbər saytı

Leyla Həsənova COP29 iştirakçılarına: Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün


Azərbaycan “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannaməni imzalamaqla uşaqlar və gənclərin hamımız üçün xüsusi diqqət mərkəzində olması siqnalını verdi.

“Far.Az” xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannamənin imzalanma mərasimində qeyd edib.

O deyib ki, COP29 Sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb:

"İqlim dəyişikliyi müzakirə edilərkən burada uşaqları və gəncləri diqqətdə saxlamalıyıq. Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün. Önümüzdəki həftələr ərzində və sonrakı aylarda gənclər üçün iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün əlavə imkanlar olacaq".

O əlavə edib ki, iqlim maliyyəsinin uşaqlar və gənclər üçün əlçatan olması təmin edilməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
UNICEF-in direktor müavini: Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var
Sentyabr ayı üçün bürclərin PUL QOROSKOPU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər