İspaniyada ümumi tətil son 14 ilin ən böyük tətili olub - Yenilənib-2
Far.Az xəbər saytı

İspaniyada ümumi tətil son 14 ilin ən böyük tətili olub - Yenilənib-2


İspaniyada noyabrın 11-də keçirilən ümumi tətildə bir neçə şəhərdə baş verən insidentlər nəticəsində azı 42 nəfər saxlanılıb.

"Far.Az" "El Pais"ə istinadən xəbər verir ki, bu, İspaniyada son 14 ilin ən böyük tətili olub və 4 milyona yaxın insanı toplayıb.

Qeyd edilib ki, etirazçılar mənzil şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb ediblər.

Madrid, Valensiya, Barselona və digər şəhərlərdə yol hərəkəti ilə bağlı problemlər yaranıb, 280-dən çox müntəzəm aviareys və dəmir yolu reyslərinin dörddə biri ləğv edilib. Kataloniyada ictimai nəqliyyatın hərəkəti 10 saat dayanıb. İştirakçılar yanğınlar törədib, bəzi yerlərdə polislə toqquşmalar baş verib. Bəzi telekanallar da yayımını müvəqqəti olaraq dayandırıb, Barselonadakı RTVE studiyasına isə piket iştirakçıları soxulublar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, tətil ilə bağlı təxminən 476 insident qeydə alınıb, ən azı 42 nəfər saxlanılıb.

Aksiyanı təşkil edən CC OO və UGT həmkarlar ittifaqları aksiyanı uğurlu adlandırıblar.

İspaniyada sonuncu belə genişmiqyaslı tətil 2012-ci ilin noyabrında keçirilmişdi. O zaman etirazçılar sərt qənaət tədbirlərinə və yüksək işsizlik səviyyəsinə qarşı çıxış edirdilər.

İspaniyanın "Canal Sur" telekanalı (Əndəlüsün regional dövlət kanalı) ümumi tətil ilə əlaqədar öz müntəzəm yayımını dayandırıb.

"Far.Az" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

"Yayım ümumi tətil ilə əlaqədar kəsilib. Narahatlığa görə üzr istəyirik", - qara ekran fonundakı bildirişdə qeyd olunub.

Bundan başqa, etirazçılar "La2Cat" və "Radio 4" radiostansiyalarında "Cafè d'Idees" proqramının canlı yayımını pozublar, RTVE telekanalı da fasilələr barədə məlumat verib.

Medianın məlumatına görə, Barselona hava limanı ümumi tətil səbəbindən planlaşdırılmış xeyli sayda reysi ləğv edib.

Bu, son 14 ildə ilk ümumi tətildir ki, onu İspaniyanın ən böyük iki həmkarlar ittifaqı – UGT və CCOO, eləcə də digər həmkarlar ittifaqı təşkilatları və icarədarlar assosiasiyaları birgə dəstəkləyir.

Madriddə (İspaniya) ümumi tətil zamanı etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib, polis bibər qazından istifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Həmkarlar ittifaqı təşkilatları 13 etirazçıya tibbi yardımın lazım olduğunu və 1 nəfərin saxlanıldığını bildiriblər.

Məlumata görə, İspaniyada həmkarlar ittifaqları 24 saatlıq ümumi tətil keçirir. Aksiya iştirakçıları əməkhaqqının artırılmasını, mənzil əlçatanlığı üçün tədbirlərin görülməsini və yaşayış xərclərinin artması probleminin həllini tələb edirlər.

Digər ərazilərdə və şəhərə giriş yollarında nümayişlər səbəbindən nəqliyyatın hərəkətində də çətinliklər yarana bilər. İctimai nəqliyyatın işinə də məhdudiyyətlər tətbiq olunur. Metro, avtobuslar və şəhərətrafı qatarlar (Rodalies) pik saatlarda qısaldılmış qrafiklə işləyir.

Madrid Şəhər Şurası 2 700 bələdiyyə polisini səfərbər edəcək.

Oxşar xəbərlər

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər