Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanıb - Yenilənib
Far.Az xəbər saytı

Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanıb - Yenilənib


Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.

Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.

Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

O, fərdi proqramda 54,850 xalla 6-cı pilləni tutaraq həlledici raunda vəsiqə qazanıb.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanıb
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər