Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
Far.Az xəbər saytı

Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib


Vaşinqton Varşava ilə Polşada ABŞ hərbi bazası yaratmaq barədə razılığa gəlib.

"Far.Az"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Əla xəbər. Dostum, Polşa Prezidenti Karol Navrotskinin qətiyyətli liderliyi sayəsində Polşada ABŞ ordusu bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Əgər bu baş versə, bazanın yeri tezliklə açıqlanacaq. Bu, bizim böyük ABŞ-Polşa ittifaqımız üçün tarixi addım olacaq", - paylaşımda bildirilir.

Daha əvvəl Polşa Müdafiə Nazirliyi ABŞ ilə "Patriot" hava hücumundan müdafiə sisteminin bir hissəsinin Polşaya köçürülməsi ilə bağlı müzakirələr apardığını açıqlayıb.

Oxşar xəbərlər

Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər