Mehmet Balçik: "Meysari Grand Hotel & SPA" kompleksi regionun ən böyük hotellərindən biridir
Far.Az xəbər saytı

Mehmet Balçik: "Meysari Grand Hotel & SPA" kompleksi regionun ən böyük hotellərindən biridir


"Meysari Grand Hotel & SPA" kompleksi regionun ən böyük hotellərindən biridir.

"Report"un Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik deyib.

Onun sözlərinə görə, regionun ən böyük hotellərindən biri olan "Meysari Grand Hotel & SPA" kompleksi 500 nəfəri qəbul etmək gücündədir:

Mehmet Balçik
"Bölgənin ən böyük hotellərindən biri hesab olunan bu kompleksin əsas binasında 88, ərazidəki 20 kottecdə isə 116 olmaqla ümumilikdə 204 otaq var. Əsas binada üç restoran, üç hovuz, fitnes zalları, türk hamamı fəaliyyət göstərir. Kompleks ən müasir SPA avadanlıqları ilə təchiz olunub. 420 nəfər üçün nəzərdə tutulan Nəsimi Konfrans Mərkəzində isə müxtəlif tədbirlərin keçirilməsi üçün hər bir şərait yaradılıb. Eyni zamanda, qonaqların rahatlığı üçün həm qapalı, həm də açıq avtodayanacaq zonaları qurulub".

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər