COP29: “Greenpeace”in nümayəndələri Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırır
Far.Az xəbər saytı

COP29: “Greenpeace”in nümayəndələri Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırır


COP29 çərçivəsində ABŞ-də prezident seçkiləri fonunda Bakı iqlim sammitindən gözləntilərə həsr olunmuş “Greenpeace International”ın mətbuat konfransı keçirilib.

“Far.Az” xəbər verir ki, tədbir iştirakçıları Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış ediblər.

"İqlim maliyyəsi Paris Sazişinin ən çətin hissəsidir. COP29-da bu öhdəliklər yerinə yetirilməlidir", - “Greenpeace”in Cənub-Şərqi Asiyada nümayəndəsi Naderev Sano vurğulayıb.

O qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, iqlim dəyişikliyi ilə səmərəli mübarizə üçün ildə təxminən 5 trilyon dollar tələb olunur.

“Greenpeace”in Çindəki nümayəndəsi Yuan İn bildirib ki, Çin öz iqlim öhdəliklərinin yerinə yetirilməsinə sadiqdir və ümumi məqsədlərə nail olmaq üçün dünya birliyi ilə əməkdaşlığa hazırdır: "İqlim məqsədlərinə çatmaq üçün bütün dünya birliyi ilə əməkdaşlıqdan başqa yolumuz yoxdur".

Braziliyada “Greenpeace”in icraçı direktoru Karilina Paskuali isə vurğulayıb ki, ölkəsi iqlim təşəbbüslərinin inkişafına fəal can atır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər