Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi
Far.Az xəbər saytı

Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi


Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, 2019-cu ildə Ədil Məhərrəmov Nuranə adlı xanımla ailə həyatı qurub. Bu onların ikinci evliliyi olub. Nuranənin ilk evliliyindən 2008-ci il təvəllüdlü qızı var.

2022-ci ildə Nuranə polisə müraciət edərək ilk evliliyindən olan yeniyetmə qızına qarşı ərinin cinayət törətməsini bildirib. Bununla bağlı cinayət işi açılıb və istintaq araşdırmaları aparılıb. Lakin kifayət qədər sübut olmadığından Ədil Məhərrəmova qarşı cinayət təqibi dayandırılıb.

Bundan sonra N.Məhərrəmova məsələni atası Nəcəf Qafarova danışıb və onlar birlikdə Ədili qətlə yetirməyi planlaşdırıblar.

Qeyd edək ki, Nuranənin birinci həyat yoldaşı hazırda həbsdədir. Onlar həmin şəxsin azadlığa çıxanda Ədili öldürəcəyini deyiblər.

Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətməsini şifahi olaraq təsdiq etdiyini, hətta - "Yaxşı etmişəm", - deyə onlara cavab verdiyini iddia ediblər.

Qeyd edək ki, hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunurlar.

Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
Nuranəni öldürdükdən sonra yorğunluğunun çıxmasını gözləyib və meyitini Kürə atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər