"Sizin Lombard"ın istiqrazlarına 52 investor maraq göstərib
Far.Az xəbər saytı

"Sizin Lombard"ın istiqrazlarına 52 investor maraq göstərib


Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 1 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Far.Az"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 52 investor 1 milyon manatlıq 52 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"Ferrum Kapital"ın istiqrazlarına 51 investor maraq göstərib
"Sizin Lombard" 7 milyon manatlıq istiqraz buraxır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər