"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Sentyabrın 18-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 1 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Far.Az" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
"Sizin Lombard" 7 milyon manatlıq istiqraz buraxır
Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Unibank"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi













