"PAŞA Bank" sektordakı konsolidasiyaya münasibət bildirib
"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Xatırladaq ki, bu günlərdə "Bank Respublika" ASC-nin "Access Bank" QSC-ni alacağı məlum olub. Bundan əvvəl isə "Bank BTB"nin ASC aktiv və öhdəliklərini "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürərək bank olmayan kredit təşkilatına çevrilib.
"Bankların birləşməsini çox müsbət qiymətləndiririk. Böyük və güclü bankların formalaşması rəqabətin artması deməkdir. Bundan da müştərilər faydalanacaq. Bundan sonra da konsolidasiya olacaqsa, ancaq və ancaq şad olarıq", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisi onu da deyib ki, təmsil etdiyi maliyyə qurumunun hər hansı yerli və yaxud xarici bankı almaqla bağlı planı yoxdur: "Bizim Türkiyə və Gürcüstanda törəmələrimiz fəaliyyət göstərir. Hələlik bu üç ölkə arasında ticarətin maliyyələşdirilməsinə fokuslanmışıq".
Bundan başqa, N.Nağıyev deyib ki, Bank yeni səhmlər buraxmağı da planlaşdırmır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













