Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib
Far.Az xəbər saytı

Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib


Aqrar Sığorta Fondu Ağsu, Hacıqabul və Samux rayonlarında sel-subasma nəticəsində günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat ödəniş edib.

"Report" Fonda istinadən xəbər verir ki, hazırda ölkəmizdə 13 min hektardan artıq ərazidə günəbaxan əkilir. Sahələrin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.

Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün ərazi sığortalanmalıdır.

Sığorta haqqının 50 %-ni dövlət qarşıladığına görə, fermerlər cüzi ödəniş edib əkin sahələrini sığortalaya bilirlər. Məsələn, 1 000 manatlıq günəbaxanı sığortalamaq Mərkəzi Aran və Salyan-Şirvan regionlarında 6,8 manata, Lənkəran-Astara regionunda 7,1 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. Ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə fermer 12,2 manat ödəniş etməlidir. Bu ödəniş müqabilində aqrar sığorta mexanizmi günəbaxan sahələrini təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, vəhşi heyvan hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallardan sığortalayır.

Oxşar xəbərlər

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər