Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi
Far.Az xəbər saytı

Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi


Abşeron Logistika Mərkəzində rəhbər vəzifədə çalışan Elşad Namazov şirkətdən ayrılıb.

BAKU.WS xəbər verir ki, bu barədə E.Namazov paylaşım edib.

O, Abşeron Logistika Mərkəzində 8 illik fəaliyyətinin başa çatdığını bildirib.

Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi

"8 il çalışdığım Abşeron Logistika Mərkəzində artıq missiyamı tamamladım. Bu, sadəcə bir vidalaşma deyil, həm də 8 illik təcrübənin, inkişafın, dostluqların və dəyərlərin xatirəsidir.

Bu illər ərzində Abşeron Logistika Mərkəzində böyük hədəflərin reallaşdırılmasında, strateji layihələrin həyata keçirilməsində və güclü komandanın formalaşdırılmasında iştirak etmək mənim üçün qürurvericidir", - deyə qeyd edib.

Qeyd edək ki, E. Namazov Abşeron Logistika Mərkəzində 2018-2024-cü illərdə Marketinq və Kommunikasiya şöbəsinin müdiri, 2024-cü ildən etibarən isə Marketinq və Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Məşhur cütlüklərin qəribə ayrılıq səbəbləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər