Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək
Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında "Koreya Səfiri Kuboku" turniri təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.
Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən olan taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışın ilk iki günündə 2015–2017-ci il təvəllüdlü uşaqlar, son iki günündə isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar arasında yarışda oğlanlar və qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.
16–21 yaşlıların mübarizəsində isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87, +87 kq, qızlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəkilərdə dayanq üzərinə çıxacaqlar.
Sentyabrın 25-də isə gənclər arasında birgünlük "Koreya Səfiri Kuboku" təşkil olunacaq. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından 2009–2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparacaqlar. Gənc oğlanlar 48, 55, 63, 73, +73 kq, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.
Qeyd edək ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunda keçiriləcək. Turnirlər ATF-in təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və milli qurumun qüvvədə olan normativ tələblərinə uyğun təşkil olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan çempionatında ilk günün qalibləri bəlli olub
Global Media Group şahmat turniri təşkil etdi
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













