Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
Qaxda yol qəzasında xəsarət alan qadın Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Far.Az "Report"a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, hadisə bugün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
*** 09:35
Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB













