İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər
Far.Az xəbər saytı

İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər


Bakıda İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.

“Far.Az” xəbər verir ki, görüş COP29 konfransının keçirildiyi Bakı Olimpiya Stadionundakı İSESKO pavilyonunda baş tutub.

Tərəflər təşkilatlar arasında tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə ediblər.

Əl-Malik İSESKO-nun TDT ilə tərəfdaşlıq çərçivəsində təşəbbüslər, proqramlar və layihələr hazırlamağa sadiq olduğunu vurğulayıb. İSESKO rəhbərinin sözlərinə görə, bu əməkdaşlıq onun yanvar ayında TDT-nin İstanbuldakı mənzil-qərargahına səfəri zamanı təşkilatlar arasında imzalanması planlaşdırılan sazişlə rəsmiləşdiriləcək.

Öz növbəsində, K.Ömüralıyev İSESKO-nun ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması sahəsində TDT ölkələrinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi təşkilatın İSESKO ilə əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu təsdiqləyib.

Oxşar xəbərlər

Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mikayıl Cabbarov Kubanıçbek Omuralıyevlə TDT çərçivəsində iqtisadi tərəfdaşlığı müzakirə edib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər