Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu
Far.Az xəbər saytı

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu


Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyünə peşman olduğunu qeyd edib.

O, ifadəsində deyib ki, Aygünlə 19 il əvvəl ailə həyatı qurublar. Birgə nikahdan biri azyaşlı olmaqla 2 övladı var. Habilin dediyinə görə, Aygün restoranda işləməyə başlayana qədər münasibətləri çox yaxşı olub. İşə girdikdən sonra aralarında soyuqluq yaranmağa başlayıb, arvadı onu saymayıb.

Münasibətləri hər gün daha da kəskinləşdiyindən Habil arvadını öldürmək qərarına gəlib. O, Aygünü küçənin ortasında, 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə qətlə yetirib.

Təqsirləndirilən şəxsin hadisə şahidi olan qızı müstəntiqə ifadəsində anasını atasının bıçaqladığını deməsə də, bunu məhkəmədə etiraf edib.

Toplanmış sübutlar əsasında Habil xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il həbsə məhkum edilib.

Oxşar xəbərlər

Azərbaycanlı həkim Türkiyədə küçənin ortasında yaralını xilas etdi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər