Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək
Ukrayna Rusiyanın enerji və kritik obyektlərinə zərbə endirməməyə hazırdır, bir şərtlə ki, Rusiya da bu öhdəliyə etibarlı və uzunmüddətli şəkildə əməl etsin.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.
"Əgər tərəfdaşlar Rusiyanın enerji obyektlərimizə, kritik infrastrukturumuza və ərzaq daşımalarına zərbə endirməyəcəyinə real təminat verə bilsələr, biz də eyni qaydada zərbələr endirməməyə hazırıq", - o yazıb.
Zelenski bildirib ki, Ukrayna tərəfdaşlarına Rusiya ilə kritik infrastrukturun dağıdılmasını dayandırmağa imkan verəcək razılaşmanı təklif edib.
"Bu razılaşma etibarlı və uzunmüddətli olmalı, insanların həyatına real təsir göstərməlidir. Rusiyanın öz "seçkilərini" keçirərək məhz bu müddət ərzində benzin və dizel yanacağı ilə bağlı gərginliyin azalmasından yararlanmasına və daha sonra razılaşmanın pozulmasına imkan vermək olmaz", - Ukrayna Prezidenti qeyd edib.
O vurğulayıb ki, kritik infrastrukturla bağlı deeskalasiya sülhə doğru ilk addım ola bilər.
"Müharibəni bitirmək lazımdır. Kritik infrastrukturla bağlı deeskalasiya addımı isə sülhə doğru ilk addım ola bilər. Tərəfdaşlardan konkret addım gözləyirik", - Zelenski yazıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın enerji obyektlərinə qarşılıqlı olaraq zərbələr endirməmək barədə razılığa gəldiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













