Kuba yenidən işıqsız qalıb
Far.Az xəbər saytı

Kuba yenidən işıqsız qalıb


Kubada elektrik enerjisi tamamilə kəsilib.

"Far.Az"un məlumatına görə, bu barədə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Elektrik enerjisi sistemi tamamilə çöküb. Hazırda bərpa protokollarının işə salınmasına başlanılır", – deyə nazirliyin açıqlamasında bildirilib.

Daha sonra nazirlik qazla işləyən üç qaz-generator qurğusunun elektrik sisteminə qoşulduğunu açıqlayıb. "Milli elektrik enerjisi sisteminin bərpası prosesi davam edir".

Kuba Elektrikçilər Həmkarlar İttifaqı "Facebook"da yaydığı məlumatda nasazlığın Matansas–Syenfueqos istiqamətindəki 220 kilovoltluq elektrik verilişi xəttinin sıradan çıxması nəticəsində baş verdiyini bildirib. Həmkarlar ittifaqının məlumatına görə, həmin ərazidə hava şəraiti qeyri-sabit olub.

Kubada sonuncu dəfə elektrik enerjisinin tamamilə kəsilməsi avqustun 3-də baş verib. Yerli "CiberCuba" portalının hesablamalarına görə, budəfəki hadisə 2026-cı ilin əvvəlindən etibarən ölkənin enerji sistemində baş verən səkkizinci tammiqyaslı çökmə olub. Onlardan ikisi martda, üçü iyulda, daha ikisi isə avqustda baş verib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər