"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
Amerikalı avtomobil istehsalçıları ABŞ Prezidenti Donald Trampı Çin avtomobillərinin ölkəyə idxalını qadağan etməyə çağırıblar.
"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" avtomobil sənayesinin iri şirkətlərindən ibarət geniş koalisiyanın müraciətinə istinadən məlumat yayıb.
Ağ Ev rəhbərinə göndərilən məktubda bildirilib ki, Çinin ABŞ avtomobil bazarına çıxışını faktiki olaraq məhdudlaşdıran mövcud maneələr ədalətli rəqabətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktub müəlliflərinin fikrincə, Çin şirkətlərinin ABŞ ərazisində istehsal müəssisələri açması da administrasiyanın emal sənayesində iş yerlərinin yaradılması və milli təhlükəsizliyin təmin olunması ilə bağlı planlarının həyata keçirilməsinə kömək etməyəcək.
Məktubu yerli avtomobil istehsalçılarının, o cümlədən "Ford" və "General Motors"un, eləcə də xarici şirkətlərin, məsələn, "Toyota" və "Volkswagen"in maraqlarını müdafiə edən "Alliance for Automotive Innovation" təşkilatının nümayəndələri imzalayıblar. Digər imzaçılar arasında "Autos Drive America", Amerika Avtomobil Siyasəti Şurası və Milli Avtomobil Dilerləri Assosiasiyası da yer alıb.
Nəşrin yazdığına görə, bu qurumların narahatlığı Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə qarşıdakı görüşü, həmçinin ABŞ prezidentinin Çin avtomobil şirkəti BYD Co.-ya amerikalı işçiləri işə götürməsi şərtilə ABŞ-da elektromobil istehsalına icazə verə biləcəyi barədə açıqlamaları ilə bağlı olub.
Agentlik xatırladıb ki, hazırda Çin avtomobilləri yüksək gömrük rüsumları və ABŞ Ticarət Nazirliyinin tətbiq etdiyi qadağa səbəbindən Amerika bazarından böyük ölçüdə sıxışdırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
-
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
-
Nizami rayonunda kanalizasiya problemi













