DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi"
Bu gün Azərbaycanın şanlı hərb tarixinə, milli qürur və dəyanət salnaməsinə qızıl hərflərlə həkk olunmuş növbəti böyük Zəfərin növbəti ildönümüdür. Üç il əvvəl - sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda start verdiyi lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində düşməni diz çökdürərək tarixi ədaləti tam və qəti şəkildə bərpa etdi.
Ali Baş Komandanın qətiyyəti, rəşadətli ordumuzun sarsılmaz gücü və şəhidlərimizin müqəddəs qanı bahasına atılan bu tarixi addım, suverenliyimizin hər bir qarış torpağımızda tam bərqərar olunması ilə nəticələndi.
Far.Az xəbər verir ki, Oxu.Az bu gün münasibətilə antiterror əməliyyatında iştirak etmiş Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları ilə həmsöhbət olub.
Baş çavuş Asiman Həmzəyev qeyd edib ki, hər şey bir həyəcan siqnalının verilməsi ilə başlayıb və onlar hazır vəziyyətə gətiriliblər:
"Komandirlərimizin qarşımıza qoyduğu əsas hədəf qanunsuz hərbi birləşmələri birdəfəlik zərərsizləşdirmək və yüksək dəqiqliklə terrorçuların atəş mövqelərini məhv etmək idi.
Hər bir əsgərimiz böyük ruh yüksəkliyi ilə, düşmən mövqelərini darmadağın etmək və qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün canla-başla vuruşurdu.
Biz qısa müddət ərzində düşmənin, demək olar ki, bütün postlarını təslim olmağa məcbur etdik; məğlubiyyətlərini boyunlarına alaraq ağ bayraq qaldırdılar! Bununla da işğaldan azad edilmiş Xocalı-Xankəndi yolunda tam nəzarəti ələ keçirdik. Bu gün Xankəndidə, bütün Qarabağda - azad olunmuş hər bir qarış torpağımızda şanlı üçrəngli bayrağımız qürurla dalğalanır!"
Əsgərlərimiz əzmlə döyüşdülər
Baş çavuş Asiman Əzimovun sözlərinə görə, əsgərlərimizin ruh yüksəkliyi ilə döyüşüblər:
"Hər kəsin gözündə yalnız bir istək var idi, nəyin bahasına olursa-olsun, qarşıya qoyulan tapşırığı axıra qədər icra etmək.
Hər kəs yaxşı dərk edirdi ki, arxamızda xalq, Vətən, qarşımızda isə illərdir torpağımıza göz dikən düşmən durub. Bizi irəli aparan nə qorxu idi, nə də tərəddüd - yalnız öz borcumuzu şərəflə yerinə yetirmək inamı idi. Hər bir əsgərimiz sanki bu anı illərlə gözləyirmiş kimi irəli atılırdı. Müqəddəs torpaqlarımızın hər bir qarışını təmizlədikcə, düşmənin geri çəkildiyini və ağ bayraq qaldırdığını gördükcə daxilimizdəki o güc ikiqat artırdı.
Bu, torpağına, xalqına bağlı əsgərin real, sarsılmaz döyüş iradəsi idi. Məhz bu ruh sayəsində bu gün bayrağımız o zirvələrdə dalğalanır".
Ölümlə üz-üzə, göz-gözə...
Daxili işlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu, gizir Cavid Məmmədov bildirib ki, söhbət döyüşdən gedəndə hər anın özü bir təhlükədir:
"Antiterror əməliyyatlarında çətinliyin böyük hissəsi məhz hava qaralanda olurdu. Bizim üçün ən kritik məqam mülki əhalinin təhlükəsizliyi idi. Biz dinc insanlara zərər gəlməməsi üçün maksimum ehtiyatlı və diqqətli davranmalı idik. Düşmən isə bu vəziyyətdən namərdcəsinə istifadə etməyə çalışırdı. Məğlub olduqlarını anlayıb postlardan qaçan erməni hərbçiləri əyinlərindəki formanı dəyişir, mülki paltarlar geyinərək sakinlərin arasına qatılır və zonadan çıxmağa cəhd edirdilər. Hətta blokpostlardan dinc əhali təxliyə ediləndə mülki geyimdə olan hərbçilər ilə rastlaşırdıq. Onlar gizlənməyə cəhd etsələr də, ordumuzun yüksək peşəkarlığı, ayıq-sayıqlığı sayəsində düşmənin bu hiyləgər gedişlərinin qarşısı yerindəcə və qətiyyətlə alındı".
Sonsuz qürur, alovlu Zəfər sevinci...
Baş çavuş Etimad Müseyibov isə antiterror əməliyyatının zəfər nidası ilə başa çatdığı o unudulmaz anları böyük qürur hissi ilə xatırlayır:
"Amma düzünü desəm, döyüş meydanında olan adam sonuncu rəsmi əmr gələnə qədər müharibənin bitdiyinə tam inana bilmir.
Əmr gəldikdən sonra öz mövqelərimizdə möhkəmlənib dinc əhalinin ərazini tərk etməsini müşahidə edirdik.
O anları gərək yaşayasan, sadəcə danışmaqla anlatmaq mümkün deyil! İçimizdə eyni anda həm sonsuz bir qürur, həm alovlu bir Zəfər sevinci var idi. Ən əsası isə hiss edirdik ki, illərin qisasını almışıq, şəhidlərimizin qanı yerdə qalmayıb! Bu hissin, bu ucalığın sözlə heç bir tərifi yoxdur!"
Antiterror əməliyyatı yalnız bir hərbi uğur deyil, dövlətçilik ənənəmizin, sınmaz milli ruhumuzun və sarsılmaz birliyimizin parlaq təcəssümüdür.
Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb.
Nə qədər ki bu xalq, bu dövlət və bu qüdrətli ordu var, Azərbaycan bayrağı zirvələrdə günəş kimi bərq vuracaq.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
-
Kuba yenidən işıqsız qalıb
-
"The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq













