Dövlət müəssisələrinin maliyyə dayanıqlığını qiymətləndirmək üçün vahid sistem yaratmaq təklif olunur
Azərbaycanda dövlət müəssisələrinin maliyyə dayanıqlığının qiymətləndirilməsi üçün vahid sistem yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət maliyyəsinin səmərəli idarə olunması siyasəti çərçivəsində bir sıra addımlar atılır: "Artıq dövlət müəssisələrinin xalis mənfəətinin azı 30 %-nin dividend şəklində dövlət büdcəsinə yönəldilməsi mexanizmi müəyyən edilib. Eyni zamanda dövlət müəssisələrinin borclanmaları üzrə ümumi limitin tətbiqi, maliyyə hesabatlılığının gücləndirilməsi və müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda 40-a yaxın dövlət müəssisəsində bu proses həyata keçirilir. Bu, dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasında, borcların və zərərlərin, səmərəsiz xərclərin və dövlət büdcəsi üçün əlavə risklərin qarşısının alınmasında mühüm addımlardır. Hesab edirəm ki, nəzarət mexanizmləri yalnız dividend daxilolmalarının artırılmasına deyil, müəssisələrin real iqtisadi səmərəliliyinin yüksəldilməsinə də xidmət etməlidir".
M. Məmmədli qeyd edib ki, bu istiqamətdə iki konkret təklfim var: "Birincisi, dövlət müəssisələrinin maliyyə dayanıqlığı, borc yükü, rentabelliyi və büdcədən asılılıq səviyyəsi üzrə vahid qiymətləndirmə sistemi formalaşdırılsın. İkincisi, dividend siyasəti tətbiq edilərkən müəssisələrin investisiya ehtiyacları və sosial funksiyaları nəzərə alınsın. Xüsusilə səhiyyə, təhsil və digər sosial xidmət sahələrində maliyyə qənaəti xidmət keyfiyyətinin aşağı düşməsi hesabına əldə edilməməlidir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol













