Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) "Report"a verilən məlumata görə, budəfəki turnirlərdə starta 10 Qarabağ və 15 Dilbaz atı çıxıb.
3 yaşadək Qarabağ atlarının 1600 metr məsafəyə "Böyük tac" kuboku "Semum" atı ilə mübarizə aparan Sadiq Azayevə qismət olub.
"Yıldız" atının çaparı Ramal Əliyev finişə ikinci çatıb. Hilal Nəzərovun tərkində olduğu "Asya" atı 3-cü yeri çox çətinliklə qazanıb.
Əvəzində Hilal Nəzərov bu məsafəyə Dilbaz atlarının "Böyük tac" kuboku uğrunda yarışında "Mərmər 2" atı ilə kuboku başı üzərinə qaldırıb. Rauf Tahirovun "Zilahar"ı finişi 2-ci, Sadiq Azayevin çapdığı "Şans" atı isə 3-cü keçib.
4 yaşadək Dilbaz atları "Böyük Bakı" kubokunun qalibini də müəyyən ediblər.
2400 metr məsafədə mübarizə Rauf Tahirovun "Zəmzəm"inin qələbəsi ilə yekunlaşıb. Hilal Nəzərovun çapdığı "Lavin"lə Ramal Əliyevin "Tomris"i müvafiq olaraq 2 və 3-cü pilləni tutub.
5 yaş və daha böyük yaşlı atların 2 yarışı da 2400 məsafəyə keçirilib. Qarabağ atlarının mübarizısində ARAF kuboku Hilal Nəzərovun çapdığı "Sultan" atına qismət olub. Dilbaz atlarının yarışı isə Sadiq Azayevin "Dərviş"atının uğuru ilə yekunlaşıb.
Növbəti startlar oktyabrın 3-ə planlaşdırılıb.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
-
Kuba yenidən işıqsız qalıb
-
"The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq













