Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MKT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaqda dördüncü əməliyyat həyata keçirilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul və Tekirdağda İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili tibbi yardım sürücüsü Süleyman Kaba, həbsxanaın ovaxtkı rəisi Ömər Vətən və növbə rəisi Kazım Beyke saxlanılıb.

Xatırladaq ki, "Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri də "Kazinoğlu işi" çərçivəsində ifadə veriblər. Buna səbəb 10 noyabr 2011-ci ildə yayımlanan serialın 136-cı bölümündə "Kaşifoğlu" haqqında ölüm əmrinin verilməsidir. Həmin hissənin efirə getməsindən üç gün sonra Kozinoğlu həbsxanada ölüb.

Daha əvvəl Kozinoğlu ilə eyni həbsxanada cəza çəkən keçmiş hərbçi Atilla Uğur və daha bir nəfər saxlanılmışdı.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər