"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
Far.Az xəbər saytı

"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb


Finlandiyanın sifariş etdiyi "F-35" qırıcılarından biri ABŞ-dən gətirilərkən texniki nasazlıq səbəbindən Azor adalarında qalıb.

"Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin qərargah rəisi Aki Puustinen bildirib.

Onun sözlərinə görə, mühərrik işə salınarkən göyərtə diaqnostika sistemi təyyarənin elektron sistemlərində mümkün nasazlıq barədə xəbərdarlıq verib.

Həmin vaxt altı Finlandiya və Belçika "F-35" qırıcısından ibarət qrup Azor adalarında aralıq eniş etməklə ABŞ-dən Finlandiyaya istiqamətlənirmiş. Nəticədə Finlandiyada üç əvəzinə yalnız iki təyyarə eniş edib.

Puustinen qeyd edib ki, təmir üçün ehtiyat hissəsi tezliklə Azor adalarına çatdırılacaq. Təyyarənin Finlandiyaya ayrıca gətirilməsi məqsədəuyğun hesab edilməyib, çünki Atlantik okeanını keçmək üçün yanacaqdolduran təyyarələrin dəstəyi tələb olunur.

Qırıcı növbəti qrupun tərkibində qayıdacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər