Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Tbilisidə bodibildinq və fitnes üzrə Gürcüstanın milli çempionatı keçirilib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, çempionatda Dmanisi bələdiyyəsinin Qəmərli kəndindən olan azərbaycanlı idmançı Kənan Gülməmmədov da iştirak edib.
O, "Men"s Physique" kateqoriyasında birinci yerə layiq görülərək Gürcüstan çempionu titulunu qazanıb.
K. Gülməmmədov münsiflər heyəti qarşısında fiziki hazırlığı, estetik proporsiyaları və səhnə təqdimatı ilə seçilib. Gərgin rəqabət şəraitində keçirilən mübarizənin nəticələrinə əsasən, soydaşımız hakimlərdən ən yüksək qiymətləri alaraq qızıl medalın sahibi olub.
Bodibildinq və fitnes üzrə keçirilən beşinci milli çempionatda ümumilikdə 18 atlet mübarizə aparıb və müxtəlif kateqoriyalar üzrə 8 qalib müəyyənləşib.
Gürcüstanın idman naziri Şalva Qoqoladze də çempionatı izləyib.
Yarışın nəticələrinə əsasən, müxtəlif beynəlxalq kateqoriyalar üzrə Gürcüstan çempionları müəyyənləşib. Kənan Gülməmmədov "Men"s Physique" kateqoriyasında, Geno Davitaadze bodibildinq və ən yaxşı poz verən, Qaqa Qoqiaşvili "Classic Physique", Nino Okropiridze "Women"s Bikini", Teona Dadaşkeliani "Master Bikini", İrakli Zoidze "Classic Bodybuilding", Kristina Tsiklauri isə "Wellness" kateqoriyasında qalib olub.
Çempionatda 2026-cı ilin bodibildinq və fitnes üzrə Avropa çempionu Mindia Çinçarauli də qaliblər sırasında yer alıb.
Yarışın nəticələrinə əsasən, Gürcüstan çempionları Geno Davitaadze, Qaqa Qoqiaşvili və Nino Okropiridze bodibildinq və fitnes üzrə dünya çempionatında iştirak etmək hüququ qazanıblar. Avropa çempionu Mindia Çinçarauli də dünya çempionatında Gürcüstan milli komandasının heyətində çıxış edəcək.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub













