Azərbaycanın fiqurlu konkisürənləri Ankarada keçirilən Qran-pri yarışında iştirak ediblər
Azərbaycanın fiqurlu konkisürənləri Türkiyənin Ankara şəhərində yeniyetmələr arasında təşkil olunan Qran-pri yarışında qüvvələrini sınayıblar.
"Report" Azərbaycan Qış İdmanı Növləri Federasiyasına istinadən xəbər verir ki, sentyabrın 17–19-da keçirilən turnirdə ölkəni Aleksandr Plyuşenko, Arina Kalugina, həmçinin Anna Obrayen və Dreyk Tonqdan ibarət buz üstündə rəqs cütlüyü təmsil edib.
Azərbaycanı ilk dəfə təmsil edən Aleksandr Plyuşenko debüt çıxışında qısa və sərbəst proqram üzrə buz üstünə çıxaraq 33 idmançı arasında 171,65 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.
Arina Kalugina isə 39 idmançı arasında 144,25 xal qazanaraq 17-ci yeri tutub.
Anna Obrayen - Dreyk Tonq cütü ritm və sərbəst rəqs üzrə 118,76 xal toplayaraq 20 cütlük arasında 12-ci sırada yer alıb.
Oxşar xəbərlər
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













