Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, Dövlət suverenliyi anlayışı hər bir müstəqil dövlətin fundamental əsaslarından biridir. Məhz buna görə də 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Qürur hissi ilə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlar zamanı 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilmiş Vətən müharibəsi və sonrakı əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə çatdırılıb.
Həmçinin şəxsi heyətə Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması və milli həmrəyliyin güclənməsinin təcəssümü olduğu izah edilib.
Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad ediblər.
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb













