Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib
ABŞ Prezidenti Donald Trampın Kemp-Deviddə keçirdiyi qapalı görüşdə Yəməndə husilərin mövqelərinə mümkün hərbi zərbələr endirilməsi ilə bağlı variantların müzakirə edildiyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN-in milli təhlükəsizlik üzrə analitiki Aleks Plitsas "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, görüşdə Yəmənə zərbələr endirilməsi ehtimalı nəzərdən keçirilib. Plitsas həmçinin qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdəki və mümkün cavab zərbələrinin hədəfinə çevrilə biləcək ölkələrdəki səfirlikləri xəbərdarlıqlar yayıb.
Analitik bildirib ki, Tramp Kemp-Deviddən Vaşinqtona planlaşdırıldığından daha tez qayıdır.
Bundan əvvəl Səudiyyə Ərəbistanı husilərin Trampın Kemp-Deviddə olduğu vaxt Ər-Riyadı ballistik raketlə hədəfə almağa cəhd etdiyini açıqlayıb.
Husilərin briqada generalı Yəhya Səri isə qruplaşmanın Səudiyyə Ərəbistanının paytaxtına və "Saudi Aramco" şirkətinin Yanbudakı obyektlərinə qarşı çoxsaylı ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirib.
Bu, ABŞ və İsrailin İranla müharibəsi fonunda Səudiyyə Ərəbistanı ilə döyüşlərin yenidən başlamasından sonra husilərin Ər-Riyada ilk hücum cəhdi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ ordusunun briqada generalı Azərbaycana gəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













