Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub.
Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:
"Bir vaxtlar Məmmədbağır Bağırzadə üçün deyirdilər ki, kimin toyunda oxuyur, həmin adamın oğlu olur".
Rahim Bağırzadə bu ifadənin hətta bəzi insanlarda inanca çevrildiyini söyləyib və atasının toyunu oxuduğu ailələrdən biri ilə bağlı maraqlı hadisəni danışıb:
"Bir gün Nardaranda yaşayanda bir cavan oğlan atamın yanına gəlib deyib ki, mənə söyləmişdilər, sən kimin toyunda oxuyursan, onun oğlu olur. İndi nəyə görə mənim qızım oldu?"
Rahim Bağırzadə atasının uzun illər Azərbaycanın müxtəlif bölgələrində toy məclislərində çıxış etdiyini və xalq arasında böyük hörmət qazandığını da qeyd edib.
Verilişdə xanəndənin son günləri ilə bağlı xatirələr də səsləndirilib. Onun 2005-ci ilin oktyabrında səhhətinin kəskin pisləşdiyi, xəstəxanada müalicə aldığı və bir neçə əməliyyat keçirdiyi bildirilib.
Məmmədbağır Bağırzadə həmin ilin oktyabrında vəfat edib.
Proqramda sənətkarın ölümündən sonra da mahnılarının xanəndə və müğənnilər tərəfindən ifa olunduğu, onun adı, sənəti və xatirələrinin yaşamaqda davam etdiyi vurğulanıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













