"Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir" maarifləndirmə kampaniyasına start verilib
Gənclər və İdman Nazirliyi (GİN) ilə Daxili İşlər Nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan "Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir" birgə maarifləndirmə kampaniyasına başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini isə 60% azaldır. Təşəbbüsün məqsədi dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.
Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərarın həyati əhəmiyyət daşıdığını xatırladırlar.
Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan "Make A Safety Statement" kampaniyasından ilham alınaraq hazırlanıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













