"Biletim.az" portalının funksianallığı artırılıb
Far.Az xəbər saytı

"Biletim.az" portalının funksianallığı artırılıb


Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə "biletim.az" portalında yeni funksionallıq istifadəyə verilib.

Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, yeni funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər. Beləliklə, həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.

Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.

Xatırladaq ki, daha əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.

İstifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı da əldə edib.

Vətəndaşlar, həmçinin "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə edə bilərlər.

Tətbiqə giriş zamanı "myGov ID ilə giriş" funksionallığı sayəsində isə istifadəçilər portala birbaşa və sürətli giriş imkanı əldə ediblər. Bunun sayəsində əvvəlcədən əldə edilən elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirməsi etmək mümkündür.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər